Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni şöbə müdiri təyin edilib.
Banker.az xəbər verir ki, Şəmsi Rzalı 2024-cü ilin iyulundan etibarən Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.
Ş.Rzalı bundan öncə qeyd edilən şöbədə müdir müavini idi.
Əmək fəaliyyətinə 2020-ci ildə Lənkəran Dövlət Universitetində başlamışdır. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetidə (UNEC) müəllim kimi fəaliyyət göstərir. 2022-ci ildən 2024-cü ilə qədər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində çalışıb.
O, 2011-ci ildə T.C. Kırıkkale Üniversitetinə qəbul olub. 2015-ci ildə həmin universitetin iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi almış və eyni ildə həmin universitetin Sosial Elmlər İnstitutunda İqtisadiyyat ixtisası üzrə təhsilini davam etdirmişdir. Magistr təhsili illərində 2018-ci ildə Polşa Respublikasında WSB in Poznan universitetində ERASMUS+ mübadilə proqramı çərçivəsində təhsil almışdır. Magistr təhsilini bitirdikdən sonra 2019-cu ildən etibarən T.C. Bursa Uludağ Üniversitesi-də İqtisadiyyat üzrə Doktorantura təhsilini davam etdirməkdədir.