11 C
Baku
Sunday, November 17, 2024

Antiinhisar Xidməti ötən il 710 min manatdan artıq maliyyə sanksiyası tətbiq edib

2021-ci il ərzində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri ilə əlaqədar 22 işə baxılması başa çatdırılıb.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair bu dəqiqələrdə keçirilən mətbuat konfransında Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli məlumat verib.

Xidmət rəisi “Baxılan işlər icbari tibbi sığorta və çatdırılma xidmətləri, alkoqolsuz içkilər, süd məhsulları və sement bazarlarını əhatə edib. Nəticədə qanunvericiliyi pozan subyektlərə qarşı 710 min manatdan artıq maliyyə sanksiyası tətbiq edilib” – deyə, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər