25 C
Baku
Saturday, April 20, 2024

Antik cəmiyyətdə iqtisadi düşüncə

Dövrün xüsusiyyətləri

Qədim Roma və Yunanıstan antik cəmiyyətləri öz çiçəklənmə dövrlərində xüsusi mülkiyyət əsasında formalaşan bazar iqtisadiyyatına sahib idilər. Burada həmçinin böyük miqdarda qul əməyindən də istifadə xarakterik idi. Bu cəmiyyətlərdə siyasi sistem demokratiya idi və hətta Roma İmperiyasında bir neçə vacib demokratik institutlar mövcud idi. Antik cəmiyyət mədəniyyət və elm sahəsində böyük nailiyyətləri ilə fərqlənirdi. Qədim Yunan fəlsəfəsi bir çox Avropa humanitar və təbiət elmlərinin yaranma səbəbi hesab olunur.

Predmet və metodlar

O dövrün fəlsəfi əsərləri antik cəmiyyətdə mövcud olan iqtisadi münasibətləri öyrənmək üçün ən yaxşı mənbələr hesab olunur. Ən böyük iqtisadi problemləri qədim yunan filosofları Platonun (b.e.ə. 428-348-ci illər) “Dövlət” və “Qanunlar”, Aristotelin (b.e.ə. 430-355-ci illər) “Ni-komahova etikası” və “Siyasət” əsərlərində görmək mümkündür. Ksenofontun (b.e.ə. 430-355-ci illər) “İqtisadiyyat” əsərində də həmçinin tətbiqi xarakterli bəzi nəzəri problemlər də öz əksini tapmışdır. Bundan başqa qədim romalı fermerlər – Katon, Varron və Kolumellinin iqtisadiyyata dair yazılarını da xatırlatmaq lazımdır.

Antik dövrdə iqtisadi münasibətlər zəminində ilk araşdırılan sahə şəxsi mülkiyyət və mikroiqtisadiyyatdır. Bu metod nizamlayıcı (təbii sifariş və etik qiymətləndirmə ideyası) və müsbət rola malikdir. Burada həmçinin təhlil və sistemləşdirmə elementləri də mövcud idi.

Əsas nəzəri anlayışlar

1. Zənginlik. Antik cəmiyyətdə qədim şərq iqtisadi düşüncəsindən fərqli olaraq ilk öncə dövlətin deyil, vətəndaşın zənginliyindən söhbət açılırdı. Bu da istehlaka olan tələbatla şərh olunur. Məsələn, Aristotelin əsərlərində həyat üçün zəruri, dövlət və ailə cəmiyyəti üçün faydalı məsələlərdən bəhs olunur. Qədim yunan filosofları buradan belə nəticə çıxarırlar ki, əgər bir vətəndaşın bütün ehtiyacları ödənirsə o zaman o zəngindir və bu səbəbdən də kimin daha tələbkar ehtiyacları varsa o da zəngin olmağa yaxındır.

2. Qədim yunan mütəfəkkirləri tərəfindən əmək bölgüsünə münasibət müxtəlif idi. Ksenofont əmək bölgüsünü bazarların ölçüsü və məhsulların keyfiyyətləri ilə əlaqələndirirdi. Onun yazdığına əsasən, balaca şəhərlərdə bir usta kifayət qədər pul qazanmaq üçün müxtəlif mallar düzəldib satmalıdır. Lakin tam əksinə olaraq, böyük şəhərlərdə bir məhsula olan tələbat o qədər çoxdur ki, ustalar yalnız bir məhsul düzəltməklə istədikləri qədər qazana bilərlər.

Əmək bölgüsünə daha ümumi yanaşan Platon idi. Belə ki, o əmək bölgüsünü dövlət prinsipinin əsas strukturu kimi dəyərləndirirdi. Onun yazdığına görə, dövlət xalqın ehtiyaclarından yaranır və heç bir şey özlüyündə öz ehtiyacını ödəyə bilməz. Platonun fikrincə, hər bir insan bir çox müxtəlif ehtiyaclara, lakin yalnızca bir qabiliyyətə malikdir. Buna görə də onun fikrincə insanlar öz ehtiyaclarını ödəmək üçün eyni bir cəmiyyətdə yaşamalıdır. Bu cəmiyyət onlar üçün öz qabiliyyətlərini inkişaf etdirərək digərləri ilə də bölüşə biləcək bir cəmiyyət olmalıdır.

3. Məhsul. Qədim yunan filosofları zənginlik anlayışı ilə yanaşı “dəyər” anlayışını da təqdim edirlər. İlk növbədə, xüsusi əhəmiyyəti olan məhsul dəyərli elan edilir. Daha sonra məhsul və mallar bir-birindən fərqləndirilir. Öz faydalı xüsusiyyətləri ilə bu fərqləndirmə mübadiləyə də şərait yaradır. Bu da öz növbəsində məhsula dəyər qatır. Ksenofont məcazi olaraq bildirmişdir ki, əgər bir kimsə özü çala bilmədiyi fleytanı sata bilirsə, bax bu dəyərdir! Bundan başqa, Platon, daha sonra isə Aristotel məhsulun dəyərinin ölçülməsinə aid vacib nəzəri məsələlərə diqqət yetirmişlər. Aristotelin yazdığına əsasən, bərabərlik olmadan mübadilə, mütənasiblik olmadan da bərabərlik mümkün deyil. Onun fikrincə, mübadilənin əsasını ehtiyac təşkil edir. Hər bir insan ehtiyac duyulan məhsulu verir və özünün ehtiyac duyduğunu alır. Aristotelə görə ehtiyaclar müxtəlifdir və bu qədər müxtəlif əşyaların, məhsulların mütənasiblik yarada bilməsi mümkün deyildir. Zahirən həllolunmaz ziddiyyət kimi görünsə də Aristotel və Platonun fəlsəfi anlayışları sayəsində bu ziddiyyət həll olunmuşdu.

Platon iddia edirdi ki, duyğularla hiss edilməyən, yalnız ağıl ilə dərk edilməsi mümkün olan, özündə müəyyən ümumi fikir əks etdirən əşyalar mövcuddur. Dünyada heç nəyin eynilə bərabəri olmadığı üçün insan hisslərinin əşyaların bərabərliyi anlayışını qavraması mümkünsüzdür. Bərabərliyi yalnızca zəka ilə qavramaq mümkündür, məhz zəka bərabərliyin qavranması uşun ölçü meyarı yarada bilir. Aristotel qeyd edir ki, müqayisə “insanların faktiki tələbatlarının təmin edilməsindən ötrü süni bir vasitə ilə” həyata keçirilir və bu süni vasitəyə nümunə olaraq pulları qeyd etmək olar.

4. Aristotelin fikrincə pullar şərti məsələdir. Pulların mənşəyini təsrif edərək Aristotel yazırdı ki, ümumi razılığa əsasən sikkələr yarandı. Beləliklə, onun fikrincə pul insanlar tərəfindən ticarətin rahatlığı üçün yaradılan “süni” vasitədir.

Yunan filosofları pulun üç funksiyasını müəyyən etmişlər: mübadilə edilən məhsulları əlaqələndirən vasitə, qiymətləndirmə vasitəsi, yığım vasitəsi.
Platon və Aristotel sonuncu funksiyaya mənfi yanaşaraq bildirmişlər ki, pul tədavül üçün yaranmışdır və belə olaraq da qalmalıdır. Aristotelin pulun ehtiyac üçün toplanmasına olan mənfi münasibətini onun iqtisadiyyat və xrematistikaya aid əsərlərində də müşahidə etmək mümkündür.

5. İqtisadiyyat və xrematistika haqqında təlimlər iqtisadi əlaqələrin sistemləşdirilməsində ilk təcrübələrdən hesab olunur. Aristotel iqtisadi fəaliyyətin bütün növlərini “iqtisadiyyat” və “xrematistika” adlı iki hissəyə ayıraraq, bu iki növ üçün meyarlar da müəyyən etmişdir. “İqtisadiyyat” üçün əsas meyar məhsullara olan tələbat, “xrematistika” üçün isə pul (“xremata” yunan dilində pul deməkdir) müəyyən edildi. Aristotelin fikrincə insan təbiətində hər zaman ehtiyacın ödənilməsi duyğusu vardır və bu da öz növbəsində tələbatın ödənilməsi ilə nəticələnir. Eyni zamanda o qeyd edir ki, insan təbiətində pula sahib olma arzusu yoxdur, olsa da bu qeyri-təbiidir. Aristotelə görə bu qeyri-təbiilik hər hansı bir məqsədə nail olmaq üçün vasitə ola bilməz.

Aristotel “iqtisadiyyat”a əkinçiliyi, sənətkarlığı və öz ehtiyaclarını ödəmək üçün məhsul istehsal edib satan tacirləri aid etmişdir. “Xrematistika”ya isə mütəxəssisləşmiş tacirlər daxil idilər. Belə ki, onlar artıq məhsulu öz tələbatlarını qarşılamaq üçün deyil, yenidən satmaq üçün alırdılar və bu da öz növbəsində zənginlik üçün əsas vasitə hesab olunurdu. “Xrematistika”ya həmçinin sələmçilik də daxil idi, lakin Aristotel buna mənfi münasibət bəsləmişdir.

Beləliklə, antik filosofların əsərlərində qismən də olsa iqtisadiyyata dair nəzəri problemlərin təhlilini görmək mümkündür. Məhsulların mütənasibliyinin tədqiq olunması elmi analiz aparmaq üçün nümunə hesab olunur. İqtisadiyyat və xrematistika haqqında təlimlər isə iqtisadi hadisələrin sistemləşdirilməsində mühüm əhəmiyyətə malikdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər