Antiqua və Barbuda kraliça II Yelizavetanın ölümündən sonra Britaniya tacını tərk etmək qərarına gəlib. Dövlət orqanları yaxın üç il ərzində respublika referendumu keçirəcəyini açıqlayıb. Bunu ada ölkəsinin baş naziri Qaston Braun deyib. Qeyd edək ki, Antiqua və Barbuda eyni adlı adaları və bir neçə digər kiçik adaları özündə birləşdirən bir dövlətdir.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Braun III Çarlzın yeni kral statusunu təsdiq edən sənədi imzalamasına baxmayaraq, mərasim zamanı o, respublika referendumunun keçirilməsinə təkan verəcəyini bildirib.
“Bu, düşmənçilik aktı deyil, müstəqilliyə doğru son addımdır. Bu, bizim həqiqətən də suveren millət olduğumuza əmin olmaq üçü lazımdır”, – deyə Braun söyləyib.
Hal-hazırda ingilis monarxı Antiqua və Barbuda dövlətinin başçısıdır. Adalarda onun səlahiyyətlərini baş nazir təmsil edir.
II Yelizaveta sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Onun ölümündən sonra Böyük Britaniya və Kanadada on günlük matəm elan edilib. Avstraliyada isə bu 15 gün davam edəcək.
II Yelizaveta 70 il 7 ay taxtda olub ki, bu da Britaniya tarixində ən uzun müddət sayılır. Kraliça 96 yaşında dünyasını dəyişib. Onun 73 yaşlı oğlu Çarlz Böyük Britaniyanın yeni kralı olub. Sentyabrın 10-da III Karl rəsmi olaraq monarx elan edilib.