Apple şirkəti “ağıllı eynək” istehsalı sahəsində səylərini gücləndirir. Verilən məlumatlara görə, şirkət kommersiya layihəsinin artıq ticari məhsul mərhələsinə keçirmək üçün böyük resurslar ayırıb.
Banker.az saytının The Financial Times nəşrinə istinadən verdiyi xəbərə görə, virtual və artırılmış reallıq texnologiyası sahəsində ekspert olan Robert Skobl yanvar ayında bildirmişdi ki, Kaliforniya şirkəti optika istehsalçısı olan Carl Zeiss şirkəti ilə əməkdaşlıq edərək yüngül “ağıllı eynəklər” yaradır. Bu isə uğur qazana bilməyən Google Glass eynənklərinə analoji məhsul olaraq yaradılır.
Ekspert həmçinin qeyd edib ki, gadget artıq 2017-ci ilin ortalarında təqdim edilə, yaxud 2018-ci ilə təxirə salına bilər. Təxminlərə əsasən, layihə üzərində yüzlərlə Apple mühəndisi çalışır.
Apple “ağıllı” eynəkləri yayda təqdim edəcək https://t.co/cnwUMXwvd5#Apple #Smartglassess pic.twitter.com/gdUUmY3asK
— Banker Azərbaycan (@BankerAz) 5 April 2017