15 C
Baku
Monday, May 20, 2024

“Apple” bütün dünyada öz kredit kartını işə salacaq – “Bloomberg”

“Apple” korporasiyası “Chase Bank” ilə birlikdə bütün dünyada öz bank kartını təqdim etməyi planlaşdırır. Bu barədə “Bloomberg” məlumat yayıb.

Köşə yazarı Mark Qurmanın yazdığı kimi, şirkət “Apple Card”ı yenidən işə salmaq niyyətindədir. Sonuncunun emitenti “Apple”ın əməkdaşlığı dayandırmaq qərarına gəldiyi “Goldman Sachs” idi. Dünyanın ən böyük banklarından biri olan və 60 ölkədə fəaliyyət göstərən “Chase Bank” isə korporasiyanın yeni tərəfdaş ola bilər.

“Apple və Goldman Sachs əməkdaşlıqdan tamamilə imtina etmək ərəfəsindədir, Chase isə sövdələşmənin yeni iştirakçısı olmaq üçün ideal namizəddir”, – deyə Qurman yazır.

Qurman hesab edir ki, yeni kredit kartı bütün dünyada, “Apple Card” isə yalnız ABŞ-da mövcud olacaq. İki şirkət arasında gələcək əməkdaşlıq, “Chase”in “Apple”a məxsus təxminən 60 milyard dolları saxlaması və əvvəllər “Apple Pay”in əsas tərəfdaşlarından biri olması ilə də dəstəklənir. Bundan əlavə, bank “MasterCard” ilə işləyir, ona görə də yeni kartın tətbiqinin uğurlu olması gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər