21 C
Baku
Saturday, May 4, 2024

“Apple” dörd yeni məhsulunu təqdimatsız göstərəcək

“Apple” şirkəti ilin sonuna qədər yeni kompüterlər, noutbuklar və planşetlər nümayiş etdirəcək, lakin yeni məhsulların ayrıca təqdimatı keçirilməyəcək. Bu barədə “Bloomberg” yazıb.

Nəşrin redaktoru Mark Qurmanın sözlərinə görə, Amerika şirkətinin daha bir böyük təqdimat üçün büdcəsi yoxdur.

Bazara M2 və M2 Pro çipli Mac mini kompüterləri, M2 Pro və M2 Max prosessorlu 14 və 16 düymlük MacBook Pro noutbukları, M2 çipli 11 və 12.9 düymlük iPad Pro planşetləri çıxacaq.

Xatırladaq ki, “Apple”ın sonuncu təqdimatı sentyabrın 7-si keçirilib – şirkətin iPhone 14, Watch Series 8 və AirPods Pro təqdim edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər