7 C
Baku
Friday, November 8, 2024

Apple “gadget”lərinin satışı azalıb, şirkəti göstərdikləri xidmətlər xilas edib

Üçüncü rübdə Apple gəlirləri 53,26 milyard dollar təşkil edib – bu 2017-ci ilin eyni dövründən 17% çoxdur. Qadjetlərin (Gadget) satışının azalması fonunda, artımı xidmətlər təmin edə bildi: iCloud, Apple Music və App Store. Bu məlumat Biznes Insider tərəfindən verilib.

2010-cu ildən etibarən Apple ilk dəfə dünyada smartfonların satışında  üçüncü yerdə qərar alıb. IPhone və iPad satışları ötən ildən bəri əhəmiyyətli dərəcədə dəyişməyib – onların satışı yalnız 0.7% artıb. Çinli Huawei şirkəti Apple-ı  keçərək reytinqdə ikinci yeri tutmuşdur. Samsung birinciliyini qoruyur.

Mac kompüter və noutbuk satışları 13% azalıb.Şirkət yüksək gəlirləri  iCloud, Apple Music və App Store proqramları sayəsindəqoruyur . Xidmətlər ildən ilə 31% artaraq hal-hazırda 9,5 milyard dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər