10 C
Baku
Wednesday, December 11, 2024

“Apple” ilk qatlanan cihazını təqdim edəcək

“CCS Insight” analitiklərinin əldə etdiyi məlumata görə, 2024-cü ildə “Apple” şirkəti ilk qatlanan cihazını təqdim edəcək və bu, smartfon olmayacaq. Ekspertlər hesab edirlər ki, yeni texnologiya ilə smartfon istehsal etmək şirkətə çox baha başa gələcək, buna görə “Apple”ın ilk qatlanan cihazı məhz iPad olacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qatlanan ekranlı elektronika bazarına ilk olaraq Cənubi Koreya və Çin istehsalçıları – “Samsung” və “Huawei” çıxmışdı. “Apple” bu təcrübəni iPad üzərində keçirəcək. Təəccüblü deyil ki, yenilik şirkətin indi istehsal etdiyi planşetlərdən baha olacaq.

Bundan əvvəl məlum olmuşdu ki, “Apple” 2022-ci ilin sonunadək istifadəyə veriləcək iPhone smartfonlarını abunə yolu ilə satmağı planlaşdırır. İT nəhəngi artıq bir neçə ay əvvəl smartfonu abunə yolu ilə satmaq variantını sınaqdan keçirməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər