Kəskin böyümənin əsas səbəbi ÇXR-də “Apple” məhsullarının satış həcminin artması ilə bağlı məlumatların yayılması olub.
Banker.az xəbər verir ki, Çin İnformasiya və Rabitə Texnologiyaları Akademiyasının yaydığı məlumatlardan istifadə edən CNBC bildirir ki, keçən ilin dekabr ayında “Apple” məhsullarının satışları 18%-dan çox artmışdır.
Bu məlumatlara görə, 2019-cu ilin dekabr ayında “Apple” Çinə 3,2 milyon ədəd məhsul satıb. Xatırladaq ki, 2018-ci ilin son ayında bu qiymət 2,7 milyon təşkil etmişdir.
Cümə axşamı günü keçirilmiş hərracların yekununa görə, “Apple” in səhmləri 2% artaraq 309,63 dollar səviyyəsinə çatıb.
“Aydındır ki, bu ölkənin iqtisadiyyatı yavaşlamağa başlayır. Düşünürəm ki, ABŞ və Çin arasındakı ticarət gərginliyi iqtisadiyyata əlavə təzyiq göstərir”, – deyə keçən ilin əvvəlində şirkətin rəhbəri Tim Kuk bildirib.
2019-cu ilin üçüncü rübündə “Apple” in Çində payı cəmi 8% təşkil edib. Bazarın lideri “Huawei” şirkətidir (40%).
Analitiklər yaxın bir ildə səhmlərin 350 dollara yüksələcəyini proqnozlaşdırırlar.