“Apple” şirkəti iPhone 12 üçün OLED ekranlarını sınaqdan keçirməyə başlayıb. Bu barədə MacRumors məlumat verir.
Test başa çatdıqda və nəticələr əldə olunduqda, BOE şirkəti “Apple” in ikinci təzhizatçısına çevrilə bilər. Bu, mütəxəssislərə xərcləri və əsas tədarükçü “Samsung” dan asılılığı azaltmağa kömək edəcək. Qeyd edək ki, BOE dünyanın ən böyük LCD ekranlarının istehsalçısıdır. iPad və MacBook-da məhz bu ekranlardan istifadə olunur.
Şirkətin “Apple” üçün qatlanan ekranların istehsalına cavabdeh olacağı barədə danışılır.