16 C
Baku
Thursday, May 2, 2024

Apple” “iPhone”un bu modelinin hazırlanmasını dayandırdı

Test cihazı uğursuz olduğundan “Apple” qatlanan “iPhone”un istehsalını dayandırıb.

Bu barədə “MacRumors” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, sınaqdan keçirilmiş qatlana bilən “iPhone”un ekranı bir neçə günlük sınaqdan sonra uğursuzluqla nəticələnib və bu, “Apple”ı şirkətin standartlarına cavab verən displey hazırlayana qədər layihəni təxirə salmağa məcbur edib.

Şayiələrə görə, “Apple” 2016-cı ildən elastik ekranlı “iPhone” hazırlayır. Bu müddət ərzində şirkət Samsung və LG ekranlarını sınaqdan keçirib.

Bundan əvvəl “Apple”ın bir anda iki “iPhone” prototipi üzərində işlədiyi bildirilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər