Xatırladaq ki, bir neçə həftə əvvəl “Apple” şirkəti kiçik biznesə dəstək vermək üçün “App Store”dakı komissiyanı 30%-dən 15%-ə endirmək niyyətində olduğunu bildirmişdir.
Banker.az xəbər verir ki, artıq bu proqram mərhələli şəkildə həyata keçirilməyə başlayır.
– Proqram illik gəliri 1 milyon dollardan az olan həm yeni, həm də mövcud inkişafetdiricilər üçün açıqdır.
– İllik gəlir 1 milyon dollar həddini aşarsa, inkişafetdirici əvvəlki kimi 30% komissiya ödəməyə başlayacaq.
– İnkişafetdiricilər müraciətlərində istifadə etdikləri bütün hesablarını qeyd etməlidirlər.
Qeyd edək ki, proqramda iştirak etmək üçün dekabrın 18-dək sadə müraciət formasını doldurmağınız kifayət edir.
Maraqlıdır ki, əgər proqramda 18 dekabrdan gec qeydiyyatdan keçmisinizsə, gəliriniz maliyyə təqvim ayı bitdikdən 15 gün sonra yenidən hesablanacaq. Məsələn, əgər daxilolmalar 2021-ci il 10 fevral tarixində olubsa, gəliriniz 2021-ci il 14 mart tarixində yenidən hesablanacaq.