“Apple” korporasiyası martın 28-də “Apple Music Classical” adlı yeni musiqi axını xidmətini təqdim edəcək. Bildirilir ki, proqramı “App Store”dan yükləmək mümkün olacaq.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Tətbiqdə yüzlərlə pleylist və minlərlə eksklüziv albom, həmçinin bəstəkarların bioqrafiyası olacaq. Siz bəstəkar, əsər, dirijor və ya kataloq nömrəsi ilə axtarış edə biləcəksiniz. Tətbiq əvvəlcə iOS üçün buraxılacaq, lakin gələcəkdə Android üçün də əlçatan olacaq.
Xatırladaq ki, 2021-ci ilin avqustunda “Apple” klassik musiqi xidməti olan “Primephonic”i alıb. Şirkət ilkin olaraq klassik musiqi tətbiqini 2022-ci ildə təqdim etməyi planlaşdırırdı.