ABŞ-ın “Apple” şirkəti yeni növ koronavirusla mübarizədə İtaliyaya kömək edəcək.
“TASS”-a istinadən xəbər verilir ki, bu barədə şirkətin rəhbəri Tim Kuk özünün “Twitter” səhifəsində yazıb.
“Bir-birimizə dəstək hazırda olduğu qədər heç vaxt vacib olmayıb. Biz tibbi avadanlıq və ləvazimatlar da daxil olmaqla İtaliyanın Mülki Müdafiə İdarəsinə mühüm yardım göstərəcəyik”, – Kuk belə deyib.
Martın 13-də “Apple” dünyada koronavirus pandemiyasına qarşı mübarizə üçün cəmi 15 milyon dollar ayırdığını açıqlamışdı. APA