8 C
Baku
Friday, March 29, 2024

“Apple” kredit kartını buraxır – Tarix açıqlandı

ABŞ mərkəzli texnologiya şirkəti “Apple” investisiya bankı “Goldman Sachs” ilə birgə yaratdığı kart məhsulunu istifadəyə verməyə hazırlaşır.

Xarici KİV-ə istinadən xəbər verilir ki, “Apple Card” adlanan kredit kartı bir ay sonra “iPhone” istifadəçilərinə təqdim olunacaq. Kart üçün müraciəti isə yalnız iOS 12.4 və daha yüksək əməliyyat sisteminə malik “iPhone”lardakı pul kisəsi vasitəsilə etmək mümkün olacaq.

Tətbiq üçün verilən istifadəçi məlumatları yoxlanılmaq məqsədilə “Goldman Sachs”a göndəriləcək və əməliyyat bir dəqiqədən qısa çəkəcək.

Məlumatda yeni kredit kartının ödəmə şəbəkəsinin “Mastercard” tərəfindən dəstəkləndiyi vurğulanıb. Həmçinin, kart əməliyyatları və ya illik istifadə üçün komission haqqın tutulmayacağı, bunun əksinə birbaşa “Apple” üzərindən satınalmalarda 3%, “Apple Pay” ilə satınalmalarda 2%, digər satınalmalarda isə 1% olmaqla endirimlər ediləcəyi qeyd olunub.

ABŞ və Çin arasında ticarət mübahisələri ərəfəsində ucuzlaşan “Apple” səhmləri bu xəbərin ardından 0,72% bahalaşıb.

apple card©Finans.az

Son xəbərlər
Digər xəbərlər