22 C
Baku
Friday, April 26, 2024

“Apple”, “Microsoft”, “Tesla” və “Meta” – 2022-də ən çox itirən hansı olub?

2022-ci il Uoll-Stritin ən böyük texnoloji oyunçuları da daxil olmaqla hamı üçün çətin il olub. Onların qarşılaşdıqları çətinliklər bunlardır: artan faiz dərəcələri, onilliklər ərzində yüksək inflyasiya göstəriciləri və Çinin Covid məhdudiyyətlərinin səbəb olduğu tədarük zəncirinin pozulması. Bütün bunlar “Big Tech” səhmlərinin qiymətini aşağı salıb.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Zəif rəqəmsal reklam satışları, tənəzzül qorxusu və fərdi kompüterlər kimi məhsullara istehlak xərclərinin azalması sosial media şirkətlərini, çip istehsalçılarını əhəmiyyətli dərəcədə sarsıdıb.

Bütün bunlar o deməkdir ki, 2022-ci il texnoloji səhmlər üçün pis il olub. “Yahoo! Finance” ilin əvvəli və dekabrın sonunda ən böyük İT şirkətlərinin qiymətli kağızlarının dəyərini müqayisə edib.

Apple (-25.49%)

Şirkət ilin birinci rübündə olduğu kimi, bu gün də maliyyə rübünü ən yüksək gəlirlə başa vurur. Buna baxmayaraq, məzənnə dəyişdiyinə görə şirkət ümumi gəlirinin təxminən 3%-ni itirib.

“Apple”ın texnologiya sahəsində möhkəm lider kimi tanınması və məhsul xidmətlərinə davamlı tələbat ona ili əksər rəqiblərdən daha yaxşı başa vurmağa kömək edib.

Microsoft (-27.34%)

“Microsoft” 2022-ci ilə “Azure” platforması daxil olmaqla, “Intelligent Cloud” biznesində yüksək nəticələrlə başlayıb. Bölmə il boyu böyüməyə davam etsə də, 2021-ci ildə əldə etdiyi yüksəkliklərdən düşməyə başlayıb.

Şirkət həmçinin pandemiya zamanı rəqəmsal reklam və kompüter satışlarının yüksək həddən aşağı düşdüyünü müşahidə edib. “Microsoft”un illik mənfəətinə təsir edən makroiqtisadi amillər arasında Ukraynadakı müharibə, valyuta məzənnələrindəki dəyişikliklər və Çindəki Covid məhdudiyyətləri var.

Tesla (-60.62%)

“Tesla” 2022-ci ilə yaxşı başlasa da, şirkət valyuta məzənnələri və artan əmtəə qiymətləri ilə mübarizə aparır. Məsələni daha da pisləşdirən Çində koronavirus məhdudiyyətlərinin tətbiqi olub ki, nəticədə şirkətin yerli bazarda avtomobil istehsal etmək qabiliyyəti təsirlənib.

İon Maskın “Twitter”i alması mövzusuna toxunmadan “Tesla”nın 2022-ci il nəticələri haqqında danışmaq mümkün deyil. Yeni CEO heyətin 50%-ni işdən çıxarıb və mübahisəli moderasiya qərarları verməyə başlayıb.

Meta (-64.41%)

Ən pis il “Meta”da olub. Korporasiyanın dəyəri ilin əvvəlindən bəri heyrətamiz 64.41% dəyər itirib. Eyni zamanda, “Facebook” gənc istifadəçilər arasında populyarlığını itirir: “TikTok” getdikcə auditoriyanı ələ keçirir. “Pew Research Center” araşdırma mərkəzinin sorğusuna əsasən, sorğuda iştirak edən 1316 yeniyetmənin yalnız 32%-i “Facebook”dan istifadə edir.

2023-cü ildə ciddi şəkildə dəyişməli olan bir şirkət varsa, o da Mark Zukerberqin “Meta” şirkətidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər