“Apple”ın səhmlərinin qiyməti bu həftə şirkətin öz süni intellekt texnologiyasını təqdim etdikdən sonra artmağa davam edir. Dünən “Apple” şirkəti “Microsoft”u geridə qoyub və yenidən dünyanın ən dəyərli şirkəti olub.
Xəbər verdiyimiz kimi, “Apple” səhmləri 7% artaraq bir səhm üçün 207 dollara qədər bütün zamanların ən yüksək səviyyəsinə çatıb, bundan sonra demək olar ki, 220 dollara yüksəlib, lakin 213 dollara korreksiya olunub.
Bir qədər sonra “Apple”ın kapitallaşması 3.27 trilyon dollar, “Microsoft”un kapitallaşması isə 3.28 trilyon dollar olub, yəni “Apple”ın liderliyi çox sürməyib.
Bu yaxınlarda “Apple”ın kapitallaşmasının rekord həddə – 3.18 trilyon dollara yüksəlməsi şirkətə kapitallaşması 2.97 trilyon dollara düşmüş “Nvidia” ilə qarşıdurmada qalib gəlməyə imkan verib. Bu göstəriciyə görə şirkət üçüncü yerə qayıdıb.
Bu il ilk üçlükdə qərargahı ABŞ-də olan texnologiya sektorundakı şirkətlər təmsil olunur.