14 C
Baku
Saturday, May 4, 2024

“Apple” qulaqlıqları istifadəçinin sağlamlığına nəzarət edəcək

“Apple” şirkəti istifadəçinin eşitmə qabiliyyətini izləmək imkanı olan yeni nəsil “AirPods” qulaqlıqlarını təqdim edəcək. Nəşrin redaktoru Mark Qurmanın sözlərinə görə, Amerika şirkəti cihaza insanın eşitmə vəziyyətini izləməyə imkan verən sensorlar əlavə edəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yeni “AirPods”ların daha hansı funksiyaları əldə edəcəyi barədə hələlik məlumat yoxdur. Cənab Qurman vurğulayır ki, yenilik 2025-ci ildə çıxa bilər.

Xatırladaq ki, bu günə qədər “Apple” qulaqlıqlarının ən son nəsli 2022-ci ilin payızında təqdim edilib və bu, “AirPods Pro 2” modelidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər