WSJ redaksiyasının dərc etdiyi məqalədə şirkətin keçmiş baş dizaynerinin Tim Cook-dan narazı olduğu göstərilib. Tim Cook qeyd edir ki, sadəcə olaraq jurnalistlər “Apple” in strukturunu başa düşmürlər.
Banker.az xəbər verir ki, “Bu hekayə – absurddur”, – deyə rəhbər bildirir və əlavə edir ki, The Wall Street Journal redaksiyasının dərc etdiyi məlumat reallığa uyğun gəlmir.
Onun sözlərinə görə, məqalənin müəllifləri şirkətin fəaliyyət strukturunu başa düşmürlər. “Münasibətlər, qərarlar və hadisələr reallığa uyğun gəlmir. Biz ümumiyyətlə məqalədə hansı şirkətdən söhbət getdiyini belə başa düşə bilmədik”, – Cook deyib.
Xatırladaq ki, Jony Ive “Apple” da 20 ildən çox işləyib, ötən həftə isə mütəxəssis şirkəti tərk etdiyini açıqlayıb. Dizayner öz layihəsi üzərində çalışmağı planlayır.
WSJ redaksiyasının verdiyi məlumata görə, bu hadisənin əsas səbəbi mütəxəssisin rəhbərlikdən narazı qalması olub.