6 C
Baku
Sunday, December 15, 2024

“Apple” simsiz smartfonlar üçün maqnit akkumulyatoru təqdim edəcək

“Apple” şirkəti son nəsil smartfonları enerji ilə doldurmaq üçün maqnit akkumulyatoru hazırlayır. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” agentliyi məlumat verib.

Artıq 1 ildir yenilik üzərində işləyən “Apple”ın mütəxəssisləri ötən ilin oktyabrında keçirilmiş “iPhone 12” smartfonlar xəttinin təqdimatından bir neçə ay sonra onu geniş kütləyə təqdim etməyi planlaşdırırdılar.

Simsiz akkumulyator daha sürətli enerji doldurulmasını təmin etmək üçün nəzərdə tutulmuş “MagSafe” qurğusu ilə uyğun olacaq. Akkumulyatorun korpusu, ehtimal ki, ağ rezinləşdirilmiş materialdan hazırlanacaq.

1976-cı ildə təsis edilmiş “Apple” şirkəti “iPhone” smartfonundan başqa, “MacBook” noutbukları, “iPad” planşet kompüterləri, “iMac” kompüterləri, “iPod” musiqi pleyerləri və başqa yüksəktexnologiyalı texnika istehsal edir. Mənzil-qərargahı Kupertinoda yerləşən korporasiyanın bazar kapitallaşması 1,2 trilyon dolları ötür.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər