9 C
Baku
Friday, December 13, 2024

“Apple” şirkəti 2020-ci ildə 4 iPhone modeli təqdim edəcək

 JP Morgan şirkətinin analitikləri investorlar üçün sonuncu hesabatlarında qeyd ediblər ki, Apple şirkəti 2020-ci ildə 4 iPhone modeli təqdim edəcək. Güman edilir ki, həmin iPhone modellərindən 3-cü 5.4 düym, 6.1 düym və 6.7 düym OLED ekranlarla təchiz olunacaq və 5G texnologiyasını dəstəkləyəcəklər. Həmçinin həmin iPhone modellərinin əsas kameraları ətraf mühitin 3D skan texnologiyasını da (Time-of-Flight) dəstəkləyəcəklər.

    Dördüncü iPhone modeli isə iPhone SE-nin büdcəli davamçısı olacaq. O, 4.7 düym LCD ekranla təchiz olunacaq, lakin 5G-ni dəstəkləməyəcək. JP Morgan analitikləri 5G texnologiyasının iPhone modellərinə inteqrasiyası məsələsində optimistdirlər və onların fikrincə 2020-ci ildə Apple şirkəti 195 milyon ədəd iPhone sata biləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, proqnozlara əsasən Apple şirkəti bu il 180 milyon ədəd iPhone satacaq.

©Technote

Son xəbərlər
Digər xəbərlər