9 C
Baku
Thursday, December 12, 2024

Apple şirkəti iMessage-də pul köçürmələrini sınaqdan keçirir

Banker.az xəbər verir ki, Apple şirkəti ABŞ-da iMessage vasitəsilə pul köçürmələri üçün Apple Pay Cash xidmətini sınaqdan keçirir.

Hazırda sözügedən bu pul köçürmələrini ABŞ-da yalnız cihazında iOS 11.2 əməliyyat sistemi yenilənmiş smartfon istifadəçiləri həyata keçirə bilər. Şirkətdən verilən məlumatda deyilir ki, pul köçürməsini qəbul edən istifadəçi avtomatik olaraq özünün yeni Apple Pay Cash virtual kartının buraxılmasına razılıq vermiş olur.

Bu kartdan yalnız Apple Pay-də istifaə etmək mümkün olacaq və o həmçinin “bütün alış-verişlər üçün tranzaksiya jurnalı” rolunu oynayacaq. Bundan əlavə, debet kartlarından ödənişsiz pul köçürmək mümkün olacaq, kredit kartlarından edilən köçürmələrə görə isə komissiya haqqı tutulacaq.

Son xəbərlər
Digər xəbərlər