10 C
Baku
Wednesday, December 11, 2024

Apple şirkətinin əzəli rəqibi…

Samsung Group şirkətinin əsası 1938-ci ildə 28 yaşlı Li Byon Çxol adlı sahibkar tərəfindən qoyulub və bu gün də onun ailəsi tərəfindən idarə edilir. Ailənin timsalında isə planetin ən varlı insanlarından və onun oğullarından biri Li Qon Xi çıxış edir. 

 “Samsung” adı düzgün şəkildə “Samson” olaraq tələffüz edilməlidir və tərcümədə “üç ulduz” deməkdir.

 Şirkət 1938-ci ildən 1960-cı ilə qədər yalnızca ərzaq və məişət məhsullarının istehsalı ilə məşğul olurdu və bunlar sırasında düyü, şəkər tozu, makaron, hətta düyü arağı və pivə var idi.

 50-ci illərin əvvəlində ölkədə hərbi fəaliyyətlər gedişində şirkətin bütün zavod və anbarları məhv edilir. 10 il sonra isə Li Byon Çxol devrilmiş prezident ilə əlaqədar olaraq həbs edilir. Bütün bunlara baxmayaraq, istedadlı sahibkar hər dəfə hər şeyi sıfırdan başlamağa can atırdı.

Bütün dünyada populyarlıq SamsungElectronics şirkəti isə 1969-cu ildə yaradılır və televizor, soyuducu və elektron hesablayıcı qurğuların istehsalı ilə məşğul olur. Lakin şirkət fəaliyyət göstərdiyi ilk 10 ildə yalnız daxili bazarda tanınırdı. Şirkət 80-ci illərin ortalarından başlayaraq isə geniş dəyişikliklərə imza atır. Məhz bu illərdə geniş miqyaslı rebranding nəticəsində məşhur Samsung loqotipi yaradılır.

 Hazırda Samsung Group şirkətinin ağır və kimyəvi istehsalat, tikinti, maşınqayırma, sığorta, kreditləşmə və s. ilə məşğul olan 23 bölməsi fəaliyyət göstərir. Bununla yanaşı, şirkətin əldə etdiyi gəlirin 70%-dən çoxu elektron sənayenin payına düşür.

  Hazırda şirkətin SamsungMotors avtomobil bölməsinin səhmlərinin 80%-i Renault şirkətinə məxsusdur. Samsung brendi ilə avtomobillər yalnızca Cənubi Koreya ərazisində buraxılır. Eyni modelləri başqa ölkələrdə Nissan və Renault markası kimi görmək mümkündür.

Bütün bunlarla yanaşı, Samsung şirkəti smartfon istehsalında da özünü sınamış şirkətlərdən biridir və bu bazarda Apple şirkəti ilə rəqabətdən geri çəkilmək fikrində deyil.

Son xəbərlər
Digər xəbərlər