14 C
Baku
Thursday, March 28, 2024

“Apple” şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıb

ABŞ-ın məşhur “Apple” şirkətinin baş direktoru və meneceri Tim Kuk öz “Twitter” səhifəsində Bakı bulvarının fotosunu yerləşdirib.

Report agentliyi xəbər verir ki, T.Kuk fotonu avqustun 19-da qeyd edilən Beynəlxalq Fotoqrafiya Günü münasibətilə “iPhone” smartfonundan çəkilmiş şəkillər sırasından seçib.

“Mixail Zatulivetrovdan Bakı sahillərinin cazibədar anı”, – T.Kuk şəklə qeyd yazıb.

Qeyd edək ki, paylaşılan şəkil məşhur rusiyalı Instagram-bloger Mixail Zatulivetrov tərəfindən çəkilib. Bu, onun Azərbaycanın paytaxtına həsr elədiyi yeganə fotoşəkili deyil.

Son xəbərlər
Digər xəbərlər