4 C
Baku
Friday, March 29, 2024

“Apple” Ukraynada əhalinin siyahıya alınmasında iştirak edəcək

Ukrayna hökuməti ilə “Apple” şirkəti arasında 2023-cü ildə keçiriləcək əhalinin siyahıyaalınması ilə bağlı memorandum imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Prezident Volodımır Zelenski tviter səhifəsində məlumat paylaşıb:

“Ukraynanın əhali sayımını dünyada “Apple” ilə əməkdaşlıqla aparacaq ikinci ölkə olacağından fəxr edirəm. Bu gün Rəqəmsal Transformasiya Nazirliyilə həmin texnologiya nəhəngi arasında mühüm anlaşma memorandumu imzalandı”.

Qeyd edək ki, Ukraynada sonuncu siyahıyaalma 2001-ci ildə keçirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər