11 C
Baku
Sunday, November 17, 2024

“Apple” və “Qualcomm” arasında anlaşılmazlıqlar davam edir: Bəzi “iPhone” modelleri qadağan oluna bilər

İki texnologiya şirkəti “Qualcomm” və “Apple” arasında qanuni anlaşmazlıqlar davam edir.

 ABŞ-ın Kaliforniya əyalətindəki ABŞ Beynəlxalq Ticarət Komissiyası (United States International Trade Commission – USITC) tərəfindən dünən 2 qərar qəbul olunub.

Hakim Meri Con MakNamaranın ilk qərarında çip istehsalçısı “Qualcomm”un “Apple”ın patent qaydalarını pozması ilə bağlı iddiasının haqlı olduğu qəbul olunub və “Apple”ın bəzi smartfon modellərinin Çindən ABŞ-a idxal olunmasına qadağa qoyulması tövsiyə edilib.

Lakin ABŞ Beynəlxalq Ticarət Komissiyası hakimin qərarını ayrıca araşdıracağını və nəticədə bəzi “iPhone” modellərinin ABŞ-a idxalının qadağan olunub olunmayacağı ilə bağlı qərar veriləcəyi bildirib.

Həmçinin, Ticarət Komissiyası “Qualcomm”un “Apple” əleyhinə başqa bir patent pozuntusu müraciətini haqsız hesab edib.

Beləliklə, “Qualcomm” iki ayrı patent pozuntusu ilə bağlı müraciətinin birində haqlı, digərində haqsız hesab olunub.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər