“Ağıllı” saatların populyarlığının artması ilə əlaqədar klassik saat modelləri bazarda öz mövqeyini itirir. “Strategy Analytics” analitik agentliyinin məlumatına görə, ötən ilin yekununa görə “Apple”ın daşınan elektronikası satış həcminə görə uzun illər saat sənayesində trendləri müəyyənləşdirən nüfuzlu İsveçrə istehsalçılarını geridə qoyub.
Statistikaya əsasən, 2019-cu ildə “Apple” korporasiyası 30,7 milyon “ağıllı” saat satıb ki, bu da ötən illə müqayisədə 36% daha çoxdur. Müqayisə üçün müvafiq dövrdə İsveçrənin “Swatch”, “Tissot” və “TAG Heuer” daxil olmaqla böyük brendlərinin tədarükü 21,1 milyon təşkil edib. Analitiklərin məlumatına görə, “Apple Watch” “ağıllı” saatları Şimali Amerika, Qərbi Avropa və Asiyada çox populyardır. Hazırda analoq saatlara daha çox yaşlı nəslin nümayəndələri üstünlük verirlər.
©İctnews