Apple yarımkeçirici istehsalı üzrə startapların alışını nəzərdən keçirir

Apple süni intellekt üçün çiplərin hazırlanmasını sürətləndirmək məqsədilə yarımkeçirici istehsalı sahəsində fəaliyyət göstərən startapların alınması imkanını araşdırır. The Information nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, şirkət artıq bankirlər və startaplarla danışıqlara başlayıb.

Nəşrin yazdığına görə, Apple-ın bu addımı süni intellekt sistemləri üçün çiplərin hazırlanması istiqamətində səylərini gücləndirmək məqsədi daşıyır.

Mənbələrin bildirdiyinə görə, Apple hazırda M2 Ultra prosessorları ilə işləyən öz server infrastrukturunun məhsuldarlığı ilə bağlı çətinliklər yaşayır. Daha yüksək hesablama resursu tələb edən tapşırıqları isə Nvidia qrafik prosessorları üzərində çalışan Gemini modeli yerinə yetirir.

Bundan əlavə, The Information bildirir ki, Apple-ın Baltra kod adlı öz süni intellekt çipi planlaşdırıldığı kimi 2026-cı ildə təqdim edilməyəcək. Şirkət həmin çipi Broadcom ilə birgə hazırlayır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər