7 C
Baku
Thursday, December 12, 2024

“Apple” yeni “məsafəli selfi” texnologiyasını patentləşdirdi

“Apple” şirkəti epidemiyalar zamanı sosial məsafənin tələblərinə əməl etməyə imkan verən qrup şəklində selfi çəkmək texnologiyasını patentləşdirib. 

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, söhbət “sintetik selfilər” in generasiyasından gedir. Bu texnologiya bir neçə metr məsafədə və ya hətta fərqli şəhərlərdə olduqda belə, kollektiv fotoda olmağınıza imkan verir. 

6 1

 

 

Yeni texnologiyanın istifadəsi qaydası aşağıdakı kimidir:

– məsafəli fotosessiya iştirakçılarından biri dostlarına çəkiliş ilə bağlı dəvət göndərir;

– dəvət qəbul olunduqdan sonra, smartfonun proqram təminatı bütün iştirakçıların fotosunu bir şəkildə birləşdirir;

7 1

 

Bildirildiyi kimi, bu zaman smartfonunuzun qalereyasında olan fotoşəkillər, video və ya hətta videozəngdən yaddaşda qalan kadrlar istifadə edilə bilər.  

“Məsafəli selfi” ideyasının yalnız pandemiya fonunda  yarana biləcəyini düşünürsünüzsə, yanılırsınız – “Apple” öz patent müraciətini 2018-ci il 2 iyun tarixində etmişdir.

Son xəbərlər
Digər xəbərlər