17 C
Baku
Friday, May 3, 2024

“Apple” yenidən dünyanın ən bahalı brendi oldu

“Apple” yenidən “Amazon” və “Google”u geridə qoyaraq 263.4 milyard dollar qiymətləndirmə ilə dünyanın ən bahalı brendi olub. Bu barədə “Brand Finance” şirkətinin dərc etdiyi hesabatda deyilir.

Analitiklərin hesablamalarına görə, “Apple” liderliyini 2017-ci ildə itirib. İndi isə onun ardınca “Amazon” (254.2 milyard dollar) və “Google” (191.2 milyard dollar) gəlir. Vurğulanır ki, ilk beşliyə həmçinin “Microsoft” (140.4 milyard dollar) və 2Samsung Group” (102.6 milyard dollar), ilk onluğa isə “Walmart”, “Facebook”, “ICBC”, “Verizon” və “WeChat” daxil olub.

Qeyd edək ki, bu yaxında “Apple” korporasiyası “Apple Podcasts”, “Apple Music”, “Apple TV” və “Apple Arcade” kimi xidmətlərə abunəlik funksiyasını əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər