13 C
Baku
Saturday, May 4, 2024

“Apple”ın 2024-cü ilin birinci rübündə gəliri $119.6 mlrd. təşkil edib

Amerikanın “Apple” şirkəti 2024-cü ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Şirkətin hesabatına görə, onun gəliri təxminən 119.6 milyard dollar təşkil edib (2023-cü illə müqayisədə +2%). Bundan əlavə, şirkət 40 milyard dollar əməliyyat mənfəəti (OCF) əldə edib və səhmdarlara 27 milyard dollar qaytarıb.

“Apple”ın direktorlar şurası da hər səhm üçün 0.24 dollar dividend ödəməsini açıqlayıb. “Dekabr rübündə əldə etdiyimiz gəlir və yaxşılaşmış gəlirlilik illik müqayisədə 16% artaraq 2.18 dollarlıq bir səhm üzrə rekord gəlirlə nəticələnib”, – “Apple”ın baş maliyyə direktoru Luka Maestri söyləyib.

Hesabatda həmçinin qeyd olunub ki, birinci rübdə qazanclara iPhone satışları və rekord xidmət gəlirləri kömək edib. “Bloomberg”in hesablamalarına görə, şirkətin birinci rüb üzrə gəliri 69.7 milyard dollar təşkil edib. Aktiv qurğu bazası, “Apple”ın məlumatına görə, 2.2 milyardı keçərək, bütün məhsullar və coğrafi seqmentlər üzrə rekord səviyyəyə çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər