15 C
Baku
Friday, April 26, 2024

“Apple”ın bazar dəyəri 3 trln. dollara yaxınlaşır

Texnologiya nəhəngi “Apple”ın bazar dəyəri 3 trilyon dollara yaxınlaşır. Hazırda bu rəqəm 2.76 trilyon dollar təşkil edir. İl ərzində korporasiyanın bazar dəyəri 690 milyard dollar artıb. 2022-ci ilin əvvəlində şirkətin kapitallaşması 3 trilyon dolları ötsə də, il ərzində səhmləri 27% ucuzlaşıb.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

“Bloomberg” qeyd edib ki, 2023-cü ildə “Apple” və digər İT nəhəngləri böyüyəcək, çünki investorlar ABŞ bank böhranı şəraitində əmanətləri xilas etmək üçün fəal şəkildə iri şirkətlərə axışıblar. Əlavə amil ölkədə dövlət borcu ilə bağlı qeyri-müəyyənlikdir.

Agentliyin sorğusuna qatılan bəzi ekspertlər hesab edirlər ki, “Apple” iyun ayında qazanc proqnozlarını reallaşdıra bilməyəcək. “Loop Capital”ın analitiki Ananda Baruah qeyd edib ki, şirkət artıq son dörd həftə ərzində proqnozlarını iki dəfə azaldıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər