6 C
Baku
Sunday, December 15, 2024

“Apple”in bazar dəyəri bir gündə $100 mlrd. azalıb

“Apple” şirkətinin kapitallaşması bir gündə 100 milyard dollar azalıb. Bildirilir ki, texnologiya nəhəngi həmçinin xərcləri azaldır. Hal-hazırda yalnız ən mühüm şöbələr yeni işçilər işə götürür.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İnvestorlar bu məlumatın ortaya çıxmasına mənfi reaksiya veriblər. “Apple” səhmlərinin qiyməti 151 dollardan 139 dollara düşüb, şirkətin bazar dəyəri isə gecədə 97.7 milyard dollar azalıb.

“Apple”ın direktorlar şurası hər səhmə görə 0.22 dollar dividend elan edib. Dividendlər 11 noyabr 2021-ci il tarixində mövcud səhmdarlara ödəniləcək.

Son xəbərlər
Digər xəbərlər