10 C
Baku
Friday, December 13, 2024

“Apple”ın rüblük gəliri rekord $124 milyarda çatıb

“Apple”ın 2022-ci maliyyə ilinin birinci rübündə (dekabrın 25-ində başa çatır) gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 13.9 milyard dollara çatıb. Bu, yeni rekorddur.

Banker.az xəbər verir ki, korporasiyanın xalis mənfəəti təxminən 20% artaraq 34.6 milyard dollar təşkil edib. “iPhone” hələ də İT nəhənginin ən gəlirli məhsulu olaraq qalır – onun satışından əldə olunan gəlir 9% artaraq 71.6 milyard dollara çatıb. “Mac” satışları şirkətə 10.8 milyard dollar (+25%), “iPad” satışları isə 7.2 milyard dollar (+14%) gəlir gətirib.

“Bu rübün rekord nəticələri indiyə qədər təqdim etdiyimiz ən innovativ məhsul və xidmətlər sayəsində mümkün olub”, – deyə “Apple”ın rəhbəri Tim Kuk göstəriciləri şərh edib.

2021-ci ilin dördüncü rübündə “Apple” şirkəti “Samsung”u geridə qoyaraq smartfon satışları üzrə dünyada birinci olub. “Bloomberg” əlavə edir ki, 2022-ci ilin payızında korporasiya tarixindəki ən böyük təqdimat keçirəcək.

Son xəbərlər
Digər xəbərlər