“Apple” şirkətinin məhsullarının əməliyyat sistemlərindəki boşluqları aşkar edənə 500 min dollar veriləcək.
Bloomberg xəbər verir ki, “Exodus Intelligence” şirkəti “Apple”nin “İOS 9.3” əməliyyat sistemində nöqsan aşkar edən hakerlərə 500 min dollar ödəyəcəyini vəd edib.
Qeyd edək ki, ötən həftə “Apple” təhlükəsizlik sistemində nöqsanların axtarışı proqramını işə salmışdı. Şirkət təhlükəsizlik sistemində nöqsanları tapan şəxsə 200 min dollar dəyərində pul mükafatı verəcəyini demişdi.
AzerTag