Media Consulting and Services (MCS) bildirir ki, Aprel ayı üçün media monitorinqin nəticələrinə yekun vurub.
Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Banker.az şirkətin apardığı monitorinqin nəticələrinə əsasən məlumat verir ki, Aprel ayında ən çox haqqında danışılan bank Azərbaycan Beynəlxalq Bankı olub.
Növbəti pillələrdə isə Unibank, Expressbank, Paşa Bank və Zamin bank haqqında danışılan və yayımlanan xəbərlər, həmin bankların reytinqdə beşliyə düşməsinə səbəb olub.