9 C
Baku
Thursday, December 12, 2024

Aprel ayında mobil telefonların qiymətləri ucuzlaşıb

2021-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi
əvvəlki aya nisbətən 100.3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 103.9 faiz təşkil edib.

Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, cari ilin aprel ayında əvvəlki aya nisbətən mobil telefonların və yazı kağızlarının qiymətlərində ucuzlaşma müşahidə olunub.

Bunun əksinə, pambıq parçaların, boyaların, divar kağızlarının, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, televizorların, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər