Azərbaycanda banklar tərəfindən Azərbaycan Mərkəzi Bankına yerləşdirilən depozitlər üzrə keçirlən hərrac bu gün da aktiv keçirildiyi müşahidə edilir. Tələb təklifi 30% üstələyib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu gün, 06.04.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 258,7 mln. manat təşkil edib. Bu hərraca AMB 200 mln. manat vəsait cəlb edilməsini planlamışdı.
Bu isə son günlərdə ölkədə COVID-19 pandemiyası səbəbindən kredit verlişlərinin dayanması səbəbindən gözlənilən idi. Çünki, hazırda bankların əksəriyyəti krediti dayandırıb və aktivlərini AMB-nin 2 həftəlik yatırımla artırmağa cəhd edirlər. AMB hibrit tipdə keçirdiyi bu hərracda faizləri artıq 19 martdan sonra artırıb, bu isə banklar üçün depozit qoyub iki həftəlik bu faiz gəlirindən qazanc əldə etməsi üçün əlverişli şəraitin yaraması deməkdir.
AMB 6,76% – 7,24% faiz aralığında faiz dərəcəsi tətbiq etdiyi bu hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir.
Eləcə də martın son hərraclarında depozit yatırımı AMB tərəfində 200 mln. manat hədəflənsə də, həmin hədəf istədikləri kimi tamamlanmadı (189 mln manat cəmi depozitor tapılmışdı).
Digər tərəfdən bununla, AMB bazarda geniş pul kütləsini yığmaqla bir qədər maliyyə təşvişinin yatırılması və ya dollar satışının qarşısını almağa cəhd edir.