28 C
Baku
Saturday, July 27, 2024

Apreldə Azərbaycana neftdən daxil olan valyuta kəskin artıb – $1,98 mlrd.

Azərbaycana aprel ayında ixracdan valyuta daxil olması 2 dəfədən (martla müqayisədə) çox artaraq 2 milyard 99,98 milyon dolları təşkil edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İdxalın həcmi isə 744,47 milyon dollar olduğundan, təkcə apreldə 1 milyard 355,51 milyon dollarlıq müsbət ticarət saldosu əmələ gəlib.

İxracda valyutanın 1 milyard 979,78 milyon dolları neft -qaz sektorundan, ondan, 1 milyard 298,32 milyon dolları sırf xam neftdən gəlir təşkil edib. Bu isə Azərbaycanda yanvar ayında qeydə alınan ixrac dəyərinə yaxın olması deməkdir. Belə ki, cari ilin yanvarında 1 milyard 989,41 milyon, fevralında 964,13 milyon və martında 824,23 milyon dollar həcmində neft sektoru üzrə ixracdan valyuta daxil olmuşdu.  

Bu artımın əslində səbəbini neftlə bağlı öncədən bağlanan fyuçers müqavilələri ilə bağlamaq olar.Belə ki, yanvar-fevral aylarında aprel ayı üzrə birjalarda müqavilələr imzalanır. Banker.az analitikləri, növbəti ay üçün öhdəliyinə götürdüyü neftin hasilatının müqaviləsi ilə bağlı hasilatın azalması və eləcə də may fyuçersləri üzrə müqavilələrdə hətta neftin 40 dollar/barel dəyərindən aşağı bağlanmasını nəzərə alaraq, mayda ixracdan valyuta axının azalacağını proqnoz edirlər.

Aprel ayı üzrə cəmi 119,89 milyon dollarlıq qeyri-neft sektoru üzrə məhsul ixracı mümkün olub. Qeyd edək ki, ölkəyə yanvarda 140,80 milyon, fevralda 155,03 milyon və martda isə 133,17 milyon dollar həcmində qeyri-neft sektoru üzrə məhsul ixracından valyuta daxil olmuşdu.

Xatırlatma!

Cari ilin yanvarında 2 milyard 130,2 milyon dollar, fevralında  1 milyard 118,86 milyon dollar və martında isə 957,4 milyon dollar həcmində ümumi məhsul ixracı olmuşdur.

Son xəbərlər
Digər xəbərlər