10 C
Baku
Thursday, December 12, 2024

Aqrar sahədə satışdankənar gəlirlər və subsidiyalar vergidən azad olunur

Azərbaycanda gələn ildən aqrar sahədə fəaliyyət göstərən fiziki şəxslərin satışdankənar gəlirlərinin və onlara ödənilən subsidiyaların gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azad olunur.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə şatışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad edilməsi təklif olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər