16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Aqrar Sığorta Fondunun Himayəçilik Şurasının tərkibi açıqlanıb

faizlere

Aqrar Sığorta Fondu Himayəçilik Şurasının (HŞ) tərkibini açıqlayıb.

Himayəçilik Şurasına kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov rəhbərlik edir.

Şuranın üzvləri isə nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev, Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdir müavini Gündüz Əliyev, Azərbaycan Mərkəzi Bankının Sığorta İnstitutlarının Fəaliyyətinə Nəzarət şöbəsinin rəisi Anar İslamov və “Azərbaycan Fermerlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Pərviz İlyasovdur.

Fondun İdarə Heyətinə (İH) Fuad Sadıqov rəhbərlik edir. Onun müavini Firdovsi Ağaşirinovdur. İH-nin üzvü isə Anar Rzayevdir.

Aqrar Sığorta Fondu ölkə prezidentinin 19 avqust 2019-cu il tarixli fərmanına əsasən, aqrar sığorta sisteminin təşkili, inkişafı və dayanıqlılığı məqsədi ilə yaradılıb, riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Onun nizamnaməsi Nazirlər Kabinetinin 11 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:report.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər