2 C
Baku
Saturday, December 14, 2024

Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin rəhbərliyinə təyinat olub

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Ramin İsmayılov Salman oğlu İdarə Heyətinin üzvü seçilib.

Ramin İsmayılov buna qədər “Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin” Filial və vasitəçilərlə iş şöbəsinin müdiri idi.

Bununla da İdarə Heyətinin strukturu belə olacaq:

  • Abbasova Elnarə Elxan qızı (sədr)
  • Nərgiz Sultanlı Hidayət qızı (üzv)
  • Ramin İsmayılov Salman oğlu (üzv)

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər