15 C
Baku
Thursday, May 16, 2024

“Aqrar Sığorta” şirkətinin yığımları bu il 23% azalıb

“Aqrar Sığorta” şirkəti 2024-cü ilin yanvar-mart ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-mart ayında 7.346 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü il ilə müqayisədə 2.221 mln. manat və ya 23% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 9.567 mln. manat təşkil etmişdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər