10 C
Baku
Friday, December 13, 2024

“Aqrar Sığorta”nın yığımları 3 milyon manata yaxın azalıb

“Aqrar Sığorta” şirkəti 2024-cü ilin yanvar-may ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-may ayında 9.593 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü il ilə müqayisədə 2.820 mln. manat və ya 23% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 12.413 mln. manat təşkil etmişdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər