Aqrar sahədə fəaliyyət göstərən “SƏBA” ASC şirkətinin Direktorlar Şurasına (D.Ş) yeni üzv seçilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
Məlumata əsasən, mart ayından etibarən Mürsəl Rüstəmov D.Ş üzvi seçilib.
M.Rüstəmov həmçinin Almaniyada fəaliyyət göstərən “Caspian Energy Germany” şirkətində 2018-ci ildən direktor vəzifəsində çalışır.
“SƏBA” – 1997-ci ildə təsis edilib, aqrar şirkətin 4,8 mln. manat nizamnamə kapitalı vardır.