23 C
Baku
Thursday, July 17, 2025

Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) İdarə Heyətinə yeni üzvlərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin əmri ilə Samir Murquzov vəzifəsindən azad edilib.

S.Murquzov 2022-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin bu qurumuna təyinat almışdı. O son bir ildə Aqil Quliyev vəzifəsindən azad edildikdən sonra onun vəzifəsini icra edirdi. Hazırda isə ATT-yə Elgün Məhəmmədəlizadə edir.

Öncəki xəbərdə İdarə Heyətinə Faiq Hüseynov təyin edildiyi barədə yazmışdıq.

Nizamnaməyə görə, “Aqrar Tədarük və Təchizat” İdarə Heyəti Cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən ibarətdir.

 

Son xəbərlər
Digər xəbərlər