“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) problemli aktivlərini satmağa və kənar idarəçilərə verməyə hazırlaşır. Bu barədə agentlik BOKT-a istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə Nazirlər Kabinetinin 22 iyul 2016-cı il tarixli qərarı ilə yaradılmış Müsabiqə Komissiyasının qərarı ilə aktivlərin qiymətləndirilməsi üçün aşağıdakı şirkətlər seçilib:
– “PricewaterhouseCoopers Azerbaijan”;
– “Deloitte Azerbaijan”;
– “Ernst & Young Azerbaijan”;
– “Nexia EA” MMC;
– “RSM Azerbaijan”;
– “BDO Azerbaijan”;
– “Koneko Group” MMC;
– “Real Prays” MMC;
– “VETO Consulting” MMC.
Müsabiqə Komissiyası, həmçinin satış üçün hərrac təşkilatlarının seçimini başa çatdırıb.
Report