10 C
Baku
Thursday, December 12, 2024

“Aqrarkredit” Avropa İttifaqının vəsaiti hesabına 318 mln. manat kredit verib

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) “Kənd yerlərinin kreditləşməsi” layihəsi çərçivəsində indiyə qədər 27 mindən artıq sahibkarlıq subyektinə kredit verib.

Bunu BOKT-un İdarə Heyətinin sədri Məmməd Musayev deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində təmin edilən kreditin ümumi məbləği 317,8 milyon manatdır.

Qeyd edək ki, “Kənd yerlərinin kreditləşməsi” layihəsi Avropa İttifaqının TACİS proqramı çərçivəsində həyata keçirilir. Bu proqram MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədi daşıyır.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,669 milyon manatdır. BOKT 100 % dövlətə məxsusdur.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər