18 C
Baku
Bazar, Oktyabr 24, 2021

“Aqrarkredit” BOKT-a ötürülən problemli aktivlərdən əldə olunan əmlaklar bu qurumlara çatacaq

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2017-ci il tarixli fərmanında dəyişiklik edib.

Banker.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi əmlakın ASK ilə yanaşı, dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsini təmin etməlidir.

Azərbaycan Beynəlxalq Bankının (ABB) 2016-cı il yanvarın 1-nə 5 628.92 mln. manat həcmində problemli kreditləri “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürülüb. Banker.az ABB-nin 2015-ci ilin maliyyə hesabatına istinadən xəbər verir ki, problemli kreditlərin təmizlənməsi nəticəsində ABB-nin müştəri kreditlərinin həcmi 2014-cü ilin yekunu ilə müqayisədə 2 219.408 mln. manat və ya 28.25% azalıb.

Qeyd edək ki, ABB-nin aktivləri və likvidlik vəziyyətinin monitorinqi nəticəsində Azərbaycan Prezidentinin 2015-ci il 15 iyul tarixli fərmanı ilə Bankın aktivlərinin sağlamlaşdırılması üçün problemli kreditlərin “Aqrarkredit” QSC-yə transferti həyata keçirilib.

Maliyyə Nazirliyi, AMB və “Aqrarkredit” QSC arasında 2015-ci il avqustun 11-də imzalanan baş sazişə əsasən, ABB-nin problemli kreditləri 2015-ci ildən 2017-ci ilə qədər “Aqrarkredit”ə transfert ediləcək. ABB 2015-ci il dekabrın 28-də “Aqrarkredit” QSC-dən “Zəmanət və öhdəlik” məktubu alıb. Bu məktub çərçivəsində “Aqrarkredit”in ABB-yə 5.7 mlrd. manat məbləğində öhdəliyi yaranıb.

Son xəbərlər
Oxşar xəbərlər